Estrogen əsasən qadınların yumurtalıq hüceyrələrində istehsal olunan, bir çox qadın cinsi xüsusiyyətlərinin formalaşmasında əsas rol oynayan hormonlardan biridir. Kişi orqanizmində də çox az miqdarda istehsal olunsa da orqanizmə müvafiq dəyişikliklər edəcək səviyyədə görülmür. Fitoestrogenlər isə estrogenlə oxşar quruluşa malik olub , orqanizmdə onunla bənzər effektlər yaradan bitki mənşəli kimyəvi birləşmələrdir.
Yaxşı bəs bu hormon analoqunun kişi orqanizmində yaratdığı və ya səbəb ola biləcəyi dəyişiklər nələrdir ? Məsələn bir çox pivə aludəçisi insanda müşahidə etdiyimiz qarın nahiyyəsinə piy toplanması, loru dillə desək ” balkon çıxarmaq”. Əlavə olaraq Ginekomastiya- süd vəzilərinin kişilər üçün xarakterik olmayan qadınlara xas şəkildə böyüməsi, cinsi disfunksiya ( cinsi münasibət qabiliyyətinin pozulması), prostat hiperplaziyasına bağlı olaraq yaranmış sidik-ifrazat sistemi problemlərini də misal göstərmək olar. Yəqin ki, bu əlamətləri bir çox pivə sevən insanlarda müşahidə etməmiş də deyilsiniz.
Məhz pivə hazırlanmasında istehsal olunan mayaotu yuxarıda bəhs etdiyimiz maddənin əsas qaynağıdır. Təsadüfü deyil ki, dünyanın bir çox yerində mayaotu plantasiyalarında işləyən qadın işçilərdə menstrual tsiklin pozulması müşahidə olunmuşdur. Belə hadisələrin səbəbinin araşdırılması nəticəsində mayaotu tərkibində aktiv fitoestrogenin olması müəyyənləşdirilmişdir. Pivənin tərkibində də növündən asılı olaraq 1 litrdə 10-20 mikroqram fitoestrogen aşkar etmək mümkündür. Bu isə özlüyündə çox böyük rəqəmdir.

Leave a comment