Author: Neandertal

  • Reflektiv səksənmə və ya psixoloji savaş tərs təpəndə

    Reflektiv səksənmə və ya psixoloji savaş tərs təpəndə

    Yəqin sosial şəbəkələrdə video görüntüləri görmüsünuz. Çin lideri Si Cinpin ABŞ-a gəlir. Ev sahibi Donald Tramp qonağı qarşılamaqla kifayətlənmir, Amerikanın hərbi qüdrətini də göstərmək qərarına gəlir. Göydən iki nəhəng B-1 bombardmançısı keçir. Səhnə hazırdır: qırmızı xalça, əsgərlər, bayraqlar və qulaqbatıran mühərrik gurultusu. Sonra isə təbiət işə qarışdı. Sən saydığını say gör fələk nə sayır necə…

  • Kənd toyuğu yoxsa broyler, siz hansına üstünlük verirsiniz?

    Kənd toyuğu yoxsa broyler, siz hansına üstünlük verirsiniz?

    Çoxumuz “kənd toyuğu daha təbiidir, broyler isə zərərlidir” düşüncəsi ilə böyümüşük. Əslində broyler ayrıca “süni toyuq” deyil. O, onilliklər ərzində sürətli böyümə, yüksək ət məhsuldarlığı və yemdən səmərəli istifadə üçün seleksiya edilmiş ev toyuğudur. Müasir broyler təxminən 6–7 həftəyə kəsim çəkisinə çatdığı halda, ənənəvi kənd toyuğunun bunun üçün aylarla böyüdülməsi lazım gəlir. Broylerin sürətli böyüməsinin…

  • Qorxunun qoxusu və ya itlər qorxduğunuzu haradan anlayır?

    Qorxunun qoxusu və ya itlər qorxduğunuzu haradan anlayır?

    “İtlər qorxunun qoxusunu hiss edir” ifadəsi sadəcə bənzətmə deyil. İnsan qorxduqda simpatik sinir sistemi aktivləşir, adrenalin və digər stress hormonlarının təsiri ilə ürək döyüntüsü, tənəffüs və tərləmə dəyişir. Bununla yanaşı, tər və nəfəs vasitəsilə xaric etdiyimiz uçucu üzvi birləşmələrin tərkibi də dəyişə bilər. İtlərin qoxu sistemi isə insanlardan qat-qat həssasdır. Onların burnunda yüz milyonlarla qoxu…

  • Empatiya və ya tanımadığınız bir insan üçün xəstəxanaya gedəcək qədər insanıqmı?

    Empatiya və ya tanımadığınız bir insan üçün xəstəxanaya gedəcək qədər insanıqmı?

    Şabranda bir ata yetim böyüdüyünu və buna görə övladının dünyaya gəlməsini xəstəxana qarşısında tək gözlədiyini sosial şəbəkədə paylaşıb. Onu tanımayan insanlar isə bu anı bölüşmək üçün xəstəxanaya gəliblər. Bunun arxasında insan beyninin ən qədim xüsusiyyətlərindən biri olan empatiya və sosial bağlılıq dayanır. İnsan tarix boyunca qrup halında yaşayıb və başqasının sevincini, qorxusunu, kədərini paylaşmaq həyatda…

  • Yalançı doyma hissi və ya susadığınız zaman niyə soyuq su içməməlisiniz?

    Yalançı doyma hissi və ya susadığınız zaman niyə soyuq su içməməlisiniz?

    Susadığınız zaman soyuq su içmək beyində yalançı doyma hissi yaradır. Boğazdakı sinirlər soyuğa reaksiya verərək “susuzluq keçdi” mesajı göndərsə də, bədən hələ də kifayət qədər su almamış olur. Bundan əlavə, soyuq su mədədə daha uzun qalır və suyun bağırsaqlarda sorulmasını gecikdirir. Nəticədə, real hidrasiyanın qarşısı alınır. Ən effektiv su qəbulu üçün otaq temperaturunda olan su…

  • Radarlar hər şeyi görmür və ya dronlar Moskvaya necə çatır?

    Radarlar hər şeyi görmür və ya dronlar Moskvaya necə çatır?

    Burada məsələ sistemlərin zəif olması deyil. Problem fizika və statistikanın özündədir. Müasir radarlar böyük təyyarələri yüzlərlə kilometrdən görə bilir. Amma kiçik dronlar daha az radar əks-sədası yaradır və çox vaxt ağacların, binaların və relyefin təsir etdiyi alçaq hündürlüklərdə uçur. Yer kürəsinin əyriliyi də radarların görmə məsafəsini məhdudlaşdırır. Üstəlik, müdafiə sistemləri tək bir hədəflə deyil, eyni…

  • Bədən stabilizatoru və ya insan yeriyəndə niyə əllərini yelləyir?

    Bədən stabilizatoru və ya insan yeriyəndə niyə əllərini yelləyir?

    Yeriyəndə əllərinizi yelləyirsiniz? Bir çox insana diqqətlə baxsanız, maraqlı bir detal görərsiniz. Ayaqlar irəli aparan əsas qüvvə olsa da, əllər də daim hərəkətdədir. İlk baxışda bu, lazımsız görünə bilər. Ancaq biologiya enerjini israf etməyi sevmir. Yeriyərkən sağ ayaq irəli gedəndə bədən sola, sol ayaq irəli gedəndə isə sağa dönməyə meyllənir. Əllərin əks istiqamətdə yellənməsi bu…

  • Topun arxasınca qaçan primatlar və ya Dünya Çempionatı niyə bizi hələ də valeh edir?

    Topun arxasınca qaçan primatlar və ya Dünya Çempionatı niyə bizi hələ də valeh edir?

    Bu gün futbol üzrə Dünya Çempionatı başlayır. Maraqlıdır ki, milyonlarla insan saatlarla 22 nəfərin bir topun arxasınca qaçmasına baxır və bunu tamamilə normal hesab edir. Əslində isə bunun kökləri çox qədimdir. İnsan beyni minlərlə il ərzində öz qəbiləsinin uğuru və məğlubiyyəti ilə maraqlanmağa uyğunlaşıb. Vaxtilə bu qəbilələr ovçular və döyüşçülərdən ibarət idi. Bu gün isə…

  • Havadan oğurladığımız azot və ya bu kəşf olmasaydı insanların yarısı niyə ac olardı?

    Havadan oğurladığımız azot və ya bu kəşf olmasaydı insanların yarısı niyə ac olardı?

    Yer atmosferinin təxminən 78%-i azotdan ibarətdir. Ancaq paradoks ondadır ki, bitkilər bu azotu birbaşa istifadə edə bilmirlər. Onların inkişafı üçün azotun ammonium və ya nitrat kimi birləşmələrə çevrilməsi lazımdır. Uzun müddət insanlar torpağın təbii məhsuldarlığı, heyvan peyini və paxlalı bitkilərlə kifayətlənirdilər. Bu isə artan əhalini qidalandırmaq üçün kifayət etmirdi. 1909-cu ildə alman kimyaçısı Fritz Haber…

  • Qanınız şirindir ya dəriniz turş və ya ağcaqanadlar niyə bəzi insanları daha çox sancırlar?

    Qanınız şirindir ya dəriniz turş və ya ağcaqanadlar niyə bəzi insanları daha çox sancırlar?

    Bir çox insan ağcaqanadların bəzi şəxsləri digərlərindən daha çox sancmasını “şirin qan” ilə izah edir. Əslində isə ağcaqanadlar qanı sancmazdan əvvəl onu dadmırlar. Onlar insanları əsasən nəfəsimizlə xaric etdiyimiz karbon qazı, bədən istiliyi və dərimizdən yayılan kimyəvi siqnallar vasitəsilə tapırlar. Ağcaqanad əvvəlcə havadakı karbon qazını hiss edərək canlıya doğru istiqamətlənir. Yaxınlaşdıqdan sonra isə dəri qoxularını,…