Reflektiv səksənmə və ya psixoloji savaş tərs təpəndə

Yəqin sosial şəbəkələrdə video görüntüləri görmüsünuz. Çin lideri Si Cinpin ABŞ-a gəlir. Ev sahibi Donald Tramp qonağı qarşılamaqla kifayətlənmir, Amerikanın hərbi qüdrətini də göstərmək qərarına gəlir. Göydən iki nəhəng B-1 bombardmançısı keçir. Səhnə hazırdır: qırmızı xalça, əsgərlər, bayraqlar və qulaqbatıran mühərrik gurultusu.

Sonra isə təbiət işə qarışdı. Sən saydığını say gör fələk nə sayır necə deyərlər 🙂 Bombardmançılar yaxınlaşanda Tramp qəfil diksinir, üzünü turşudur və başını aşağı çəkir. Si Cinpin isə eyninə belə olmur, yanında sakitcə dayanıb göyə baxmağa davam edir. Mimikalarında belə dəyişiklik yoxdur, sanki təyyarələr onun həyətindən hər səhər keçirmiş kimi.

Əslində Trampın reaksiyasının elmi izahı sadədir: qəfil güclü səs reflektiv səksənmə yaradır. Bu, qorxu deyil, beynin təhlükəyə qarşı avtomatik müdafiə mexanizmidir.

Amma sosial şəbəkələrin reflekslər haqqında dərs oxumağa vaxtı yoxdur. Bir neçə saniyəlik görüntüdə səhnənin mənası tam dəyişir: Amerika Çinə “bax, nə gücümüz var” demək istəyərkən, internet “deyəsən, ən çox özləri qorxdu” nəticəsini çıxarır.
Bəzən psixoloji savaş üçün milyonluq bombardmançı lazım olur. Onu tərsinə çevirmək üçünsə sadə bir refleks kifayətdir 😄


Comments

Leave a Reply

Discover more from Maraqdan biliyə..

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading