Geomaqnit qasırğası və ya “Günəş sivilizasiyasını necə məhv edəcək?

1859-cu il sentyabrın 1-də qədər Günəşdə baş verən güclü partlamalardan sonra onun səthindən açıq kosmosa atılan yüklü zərrəciklər 18 saat içərisində Yer atmosferinə daxil oldu. Yaranmış geomaqnit qasırğası insanlıq tarixi ərzində qeydə alınan ən güclü geomaqnit qasırğa olaraq tarixə keçdi. Mövcud bütün teleqraf xətlərini sıradan çıxaran bu qasırğa zamanı insanlar Qütb parıltısını aşağı coğrafi enliklərdə belə müşahidə etmişdilər. Şahidlərin sözlərinə görə səma o qədər parlaq olmuşdu ki, gecə işığa oyanan insanlar səhər açıldığını zənn etmişdilər.

Bir neçə on illikdən bir təkrarlanan güclü geomaqnit qasırğalar müasir dövrdə süni peyklərin və GPS naviqasiya sistemlərinin işində problemlər yaradır. Amma əgər 1859-cu ildə baş verən qasırğa kimi şiddətli geomaqnit qasırğası təkrarlanarsa müasir dövrdə həyatımızın ayrılmaz parçası olmuş texnologiyanı bir göz qırpımında itirmiş olacağıq. Mobil telefonlar, kompyuterlər, avtomobillər, elektrik stansiyaları ümumiyyətlə elektriklə çalışan hər nə varsa. Beləliklə bir gün səhər yuxudan oyandığımız zaman daş dövrünə qayıtmış ola bilərik..