
Bibər bitikisinin tərkibində olan “kapsaisin” maddəsi məməli heyvanlarda və o cümlədən insanlarda istiyə qarşı həssas reseptorları (TRPV1) qıcıqlandıraraq beynimizdə yanğı hissiyyatının yaranmasına səbəb olur. Buna görə də acı bibər yediyimiz zaman bizə elə gəlir ki ağzımız yanır.
Maraqlısı isə odur ki , bibər quşlara bu cür təsir göstərmir. Daha doğrusu kapsaisin maddəsi. Çünki bu maddə quşlardakı istiyə qarşı reseptorları qıcıqlandırmır.
Bir digər maraqlı fakt ondan ibarətdir ki , məməli heyvanların həzm sisteminə düşən bibər toxumları məhv olur ancaq quşların həzm sistemindən keçən toxumlar isə heç bir zərər görmür. Beləliklə bibər kapsaisin maddəsini istehsal edərək məməliləri özündən uzaq tutub gələcək nəslinin yetişməsini təmin edir..
Leave a comment