Arı rəqsi və ya Çiçəklərin koordinatları nədir?

Əgər nə vaxtsa arı pətəyini müşahidə etmək şansınız olubsa böyük ehtimalla arıların dairəvi hərəkətlər edərək ortada düz xətt üzrə quyruq hissələrini tərpədərək sanki rəqs hərəkətləri icra etdiyinə şahid olmusunuz.

Arılar bu hərəkət kompleksi vasitəsilə digər arılara şirə mənbəyi olan çiçəklərin koordinatlarını ötürürlər. Rəqsvari hərəkət edərək cızdıqları düz xətt pətəyin zirvəsinə hansı dərəcədə yerləşirsə demək çiçəklər də günəşə o dərəcəni tutaraq uçacaqları istiqamətdədir. Rəqsin davam etdiyi müddət isə yuvadan ora qədər olan məsafəni göstərir.

Təbiət qoynunda dincələrkən bu koordinasiyaya özünüz də şahid ola bilərsiniz. Əgər yanınızda şirniyyat varsa və arılardan biri onu kəşf etdisə bir müddət sonra arıların sayı kəskin artacaq deməkdir.


Comments

Leave a comment