Sputnik 1, Doppler effekti və ya GPS necə kəşf olundu?

Bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən GPS-in ABŞ hərbçiləri Sovet İttifaqı tərəfindən buraxılmış ilk süni peyk Sputnik 1-i müşahidə edərkən kəşf olunduğunu bilirsiniz? Sputnikin göndərdiyi radio dalğalarını dinləyərkən onların tezliyinin peykin hərəkətinə görə Doppler effektinə uyğun dəyişdiyini müşahidə edən mütəxəssislər peykin yerini bildikləri üçün bundan istifadə edərək müşahidəçinin də koordinatlarını təyin edə biləcəklərini düşündülər və nəticədə bu günkü GPS ortaya çıxdı 🙂