Yəqin ki, həyatınızda nə vaxt isə buz üzərində sürüşmüsünüz. Bildiyiniz kimi suyun təbiətdə üç halı vardır:
-Buxar halı, maye halı və bərk halı.
Əgər temperatur sıfır dərəcə selsi və ondan aşağıdırsa su donmağa yəni maye haldan bərk hala keçməyə başlayır. Beləliklə buz ortaya çıxır.
Bərk halda olan cismləri bir birinin üzərində sürüşdürmək çətin olsa da, gözlənilənin tam əksinə buz üzərində istənilən bərk cismi asanlıqla sürüşdürmək mümkündür. Buna səbəb bərk cismlərlə buzun təması zamanı sürtünmə qüvvəsinin təsiri ilə ən üst təbəqədə baş verən ərimədir. Nəticədə cismlər arasında qalınlığı bir neçə yüz nanometrdən bir mikrometrə qədər olan su təbəqəsi yaranır. Beləliklə sürtünmə qüvvəsi azaldığı üçün sürüşmə mümkün hala gəlir.
Bu çalışma prinsipinə mühərriklərin yağlanması zamanı da rast gələ bilərik. Hərəkət edən mühərrik metal hissələrinin bir biri üzərində sürüşməsi üçün müxtəlif yağlardan istifadə mütləqdir. Əks halda mühərrikin hissələrinin sürtünmənin təsiri ilə aşınaraq qısa müddətdə sıradan çıxması qaçınılmaz olardı.

Leave a comment