Statik elektrik enerjisi və ya yanacaq doldurma məntəqəsində bunu etməmək partlayışa səbəb ola bilər…

Yəqin ki, bir çoxumuz uşaq olarkən karandaşı yun jaketimizə sürtdükdən sonra onunla kiçik kağız parçalarını qaldırmaq mümkün olduğunu təcrübə etmişik və ya hər hansı metal əşyalara toxunduğumuz zaman elektrik vurması yaşamışıq. Bu hadisələrin hər ikisinin də səbəbi statik elektrik enerjisidir. Nədir yaxşı bəs bu statik elektrik ?
İki fərqli cism bir birinə sürtülərkən atom və molekulları arasında daha çox cazibə qüvvəsi olan cism digər cismdən sərbəst elektronları qoparır və mənfi yüklənir. Bu isə öz növbəsində yuxarıda göstərilən hadisələrə səbəb olur.

Yanacaq doldurma məntəqələrində indiyədək baş vermiş bir çox yanğın və partlayışlara səbəb də statik elektrik enerjisi olaraq göstərilir. Bələ ki, avtomobil idarə etmə zamanı sürücünün geyimi ilə oturacaq arasında baş verən sürtünmədən statik elektrik enerjisi yaranır. Əgər sürücü ilə yanacaq doldurma tapançası arasında böyük potensial fərqi olsa bu tapança içərisində qığılcıma və son nəticədə yanğın və ya partlayışa səbəb ola bilər. Ona görə də əgər yanacaq doldurma məntəqəsində yanacağı özünüz dolduracaqsınızsa tapançaya toxunmadan öncə başqa bir metal əşyaya toxunmanız daha məqsədəuyğun olar.


Comments

Leave a comment