Şəkildə gördükləriniz pikasizm sindromundan əziyyət çəkən bir insanın mədəsindən çıxarılan qeyri qida məhsullarıdır. Dad hissiyyatının təhrifindən qaynaqlanan bu xəstəlik hələ zamanında Hippokrat tərəfindən də təsvir edilmişdir. Müasir tibbi yanaşmalara əsasən dəmir əskikliyi səbəbli qan çatışmazlığının əlamətləri sırasında özünü büruzə verə bilir.
Hamilə qadınlar arasında da rast gəlinən qeyri qida məhsullarına qarşı iştahanın artması da, müvəqqəti pikasizmin əmələ gəlməsinə bağlı olub, doğuşdan sonra tamamilə aradan qalxır. Əgər sizdə də arada bucür istəklər olursa həkim yoxlamasından keçmək məsləhətdir.

Leave a comment