B12, Qurban bayramınız mübarək və ya insan niyə təbii rasionda heyvani qidalanmadan asılıdır?

İnsan orqanizmi milyon illərlə qarışıq qidalanmaya uyğun təkamül etmişdir. Maraqlıdır ki, bədənimiz üçün həyati vacib olan B12 vitamini nə bitkilər, nə də heyvanlar tərəfindən hazırlanır. Bu vitamin yalnız bakteriyalar tərəfindən sintez olunur. Heyvanlar isə onu öz toxumalarında toplayaraq insanlar üçün əsas mənbəyə çevrilirlər.

Sinir sisteminin fəaliyyəti, qan hüceyrələrinin yaranması və DNT sintezi üçün vacib olan B12 vitamini təbii şəkildə əsasən ət, balıq, süd və yumurtada olur. Müasir dövrdə əlavələrlə vegan həyat tərzi mümkün olsa da, tarix boyunca insanların heyvani qidalardan tam uzaq yaşaması çox çətin olmuşdur. Çünki B12 çatışmazlığı zamanla ağır qanazlığına və sinir sistemi zədələnməsinə səbəb ola bilir.

Qurban bayramı həm də insanın biologiyası ilə min illərdir davam edən qidalanma münasibətinin tarixi simvollarından biridir. Qeyd edən hər kəsin bayramı mübarək olsun!


Comments

Leave a comment