Author: Neandertal

  • Texnologiyanın təməli və ya niyə bu günkü inkişafı ipin kəşfinə borcluyuq?

    Texnologiyanın təməli və ya niyə bu günkü inkişafı ipin kəşfinə borcluyuq?

    İnsanlıq tarixinin ən gözardı edilən ixtiralarından biri məhz ipdir. İlk baxışda sadə görünən bu alət əslində müasir texnologiyanın təməl daşlarından biri hesab olunur. Maraqlıdır ki, alimlər ipin ilk istifadəçiləri arasında Neandertalların da olduğunu düşünürlər. Fransada tapılmış təxminən 50 min illik bükülmüş lif qalıqları Neandertalların bitki liflərini birləşdirərək ip hazırlaya bildiyini göstərir. Bu isə mürəkkəb düşüncə…

  • B12, Qurban bayramınız mübarək və ya insan niyə təbii rasionda heyvani qidalanmadan asılıdır?

    B12, Qurban bayramınız mübarək və ya insan niyə təbii rasionda heyvani qidalanmadan asılıdır?

    İnsan orqanizmi milyon illərlə qarışıq qidalanmaya uyğun təkamül etmişdir. Maraqlıdır ki, bədənimiz üçün həyati vacib olan B12 vitamini nə bitkilər, nə də heyvanlar tərəfindən hazırlanır. Bu vitamin yalnız bakteriyalar tərəfindən sintez olunur. Heyvanlar isə onu öz toxumalarında toplayaraq insanlar üçün əsas mənbəyə çevrilirlər. Sinir sisteminin fəaliyyəti, qan hüceyrələrinin yaranması və DNT sintezi üçün vacib olan…

  • Pikasizm və ya insan niyə kömür, diş pastası və ya çiy ətə tamah salır?

    Pikasizm və ya insan niyə kömür, diş pastası və ya çiy ətə tamah salır?

    Şəkildə gördükləriniz pikasizm sindromundan əziyyət çəkən bir insanın mədəsindən çıxarılan qeyri qida məhsullarıdır. Dad hissiyyatının təhrifindən qaynaqlanan bu xəstəlik hələ zamanında Hippokrat tərəfindən də təsvir edilmişdir. Müasir tibbi yanaşmalara əsasən dəmir əskikliyi səbəbli qan çatışmazlığının əlamətləri sırasında özünü büruzə verə bilir. Hamilə qadınlar arasında da rast gəlinən qeyri qida məhsullarına qarşı iştahanın artması da, müvəqqəti…

  • C8H10N4O2 və ya qəhvə niyə oyandırır ?

    C8H10N4O2 və ya qəhvə niyə oyandırır ?

    Yuxarıdakı şəkildə kofein verilmiş hörümçək ilə kofein verilməmiş hörümçəyin toxuduqları torların fərqini görürsünüz. Demək olar ki, hər birimiz qəhvə, tünd çay içdiyimiz zaman orqanizmimizdə baş verən dəyişiklikləri müşahidə etmişik. Yuxu qaçırmaq, diqqəti artırmaq, yorğunluğu aradan qaldırmaq üçün müxtəlif içkilərin tərkibində əsrlərdən bəri kütləvi şəkildə istifadə olunan kofeinin 2004-cü ilə qədər dopinq siyahısında yer aldığını bilirdinizmi?…

  • Geomaqnit qasırğası və ya “Günəş sivilizasiyasını necə məhv edəcək?

    Geomaqnit qasırğası və ya “Günəş sivilizasiyasını necə məhv edəcək?

    1859-cu il sentyabrın 1-də qədər Günəşdə baş verən güclü partlamalardan sonra onun səthindən açıq kosmosa atılan yüklü zərrəciklər 18 saat içərisində Yer atmosferinə daxil oldu. Yaranmış geomaqnit qasırğası insanlıq tarixi ərzində qeydə alınan ən güclü geomaqnit qasırğa olaraq tarixə keçdi. Mövcud bütün teleqraf xətlərini sıradan çıxaran bu qasırğa zamanı insanlar Qütb parıltısını aşağı coğrafi enliklərdə…

  • Su təkcə su olduğu üçün həyat deyil, dənizlərdən aldığımız nəfəs və ya Xəzəri niyə qorumalıyıq?

    Su təkcə su olduğu üçün həyat deyil, dənizlərdən aldığımız nəfəs və ya Xəzəri niyə qorumalıyıq?

    Yaşamaq üçün oksigenə ehtiyacımız var. Bunu hamımız bilirik. Yaşadığımız üçün isə karbon dioksid qazı istehsal edirik. Təkcə alıb verdiyimiz nəfəslə yox, həm də yandırdığımız ocaqla. Ocaq deyəndə ağlınıza bir tək odunları bir araya yığıb qaladığımız tonqal gəlməsin. Bura istifadə etdiyimiz daxili yanma mühərrikli nəqliyyat vasitələrindən tutun elektrik istehsalı üçün yandırılan kömürlərə, neft məhsullarına qədər aiddir.…

  • Hava balonunu necə uçur və ya Alov fırtınası nədir?

    Hava balonunu necə uçur və ya Alov fırtınası nədir?

    Bəlkə də bir çoxumuz isti fəsillərdə həddindən çox isinmiş yer səthi üzərindən havaya yüksələn su axınına bənzər isti hava kütləsini müşahidə etmişik. Tonqal üzərində də bu mənzərəni çılpaq gözlə asanlıqla görmək olur. Bildiyiniz kimi isti hava soyuq havaya görə daha az sıxlığa sahib olduğu üçün yüngül olur və beləliklə hər zaman yuxarıya doğru istiqamətlənir. Bu…

  • Statik elektrik enerjisi və ya yanacaq doldurma məntəqəsində bunu etməmək partlayışa səbəb ola bilər…

    Statik elektrik enerjisi və ya yanacaq doldurma məntəqəsində bunu etməmək partlayışa səbəb ola bilər…

    Yəqin ki, bir çoxumuz uşaq olarkən karandaşı yun jaketimizə sürtdükdən sonra onunla kiçik kağız parçalarını qaldırmaq mümkün olduğunu təcrübə etmişik və ya hər hansı metal əşyalara toxunduğumuz zaman elektrik vurması yaşamışıq. Bu hadisələrin hər ikisinin də səbəbi statik elektrik enerjisidir. Nədir yaxşı bəs bu statik elektrik ?İki fərqli cism bir birinə sürtülərkən atom və molekulları…

  • Sürtünmə qüvvəsi, mühərrik yağı və ya buz niyə sürüşkəndir?

    Sürtünmə qüvvəsi, mühərrik yağı və ya buz niyə sürüşkəndir?

    Yəqin ki, həyatınızda nə vaxt isə buz üzərində sürüşmüsünüz. Bildiyiniz kimi suyun təbiətdə üç halı vardır: -Buxar halı, maye halı və bərk halı. Əgər temperatur sıfır dərəcə selsi və ondan aşağıdırsa su donmağa yəni maye haldan bərk hala keçməyə başlayır. Beləliklə buz ortaya çıxır. Bərk halda olan cismləri bir birinin üzərində sürüşdürmək çətin olsa da,…

  • Arı rəqsi və ya Çiçəklərin koordinatları nədir?

    Arı rəqsi və ya Çiçəklərin koordinatları nədir?

    Əgər nə vaxtsa arı pətəyini müşahidə etmək şansınız olubsa böyük ehtimalla arıların dairəvi hərəkətlər edərək ortada düz xətt üzrə quyruq hissələrini tərpədərək sanki rəqs hərəkətləri icra etdiyinə şahid olmusunuz. Arılar bu hərəkət kompleksi vasitəsilə digər arılara şirə mənbəyi olan çiçəklərin koordinatlarını ötürürlər. Rəqsvari hərəkət edərək cızdıqları düz xətt pətəyin zirvəsinə hansı dərəcədə yerləşirsə demək çiçəklər…