Category: Uncategorized
-

Bitkilərin kimyəvi mübarizə aləti və ya kofeinli yarpaqlar həşəratları necə zəhərləyir, çiçəklər isə onları cəlb edir?
Müasir dövrdə kofein insanların hər gün rutin olaraq ayılmasına kömək etsə də, bitkilər onu əsasən müdafiə məqsədilə istehsal edirlər. Qəhvə və çay bitkilərinin yarpaqlarında yüksək miqdarda toplanan kofein bir çox həşəratın sinir sisteminə təsir edərək onların qidalanmasını azaldır, inkişafını ləngidir və bəzilərinin ölümünə səbəb olur. Bu, bitkinin yarpaqlarını və toxumlarını zərərvericilərdən qoruyan təbii müdafiə mexanizmidir.…
-

Estrogen, mayaotu və ya pivə kişilərə nə edir?
Estrogen əsasən qadınların yumurtalıq hüceyrələrində istehsal olunan, bir çox qadın cinsi xüsusiyyətlərinin formalaşmasında əsas rol oynayan hormonlardan biridir. Kişi orqanizmində də çox az miqdarda istehsal olunsa da orqanizmə müvafiq dəyişikliklər edəcək səviyyədə görülmür. Fitoestrogenlər isə estrogenlə oxşar quruluşa malik olub , orqanizmdə onunla bənzər effektlər yaradan bitki mənşəli kimyəvi birləşmələrdir. Yaxşı bəs bu hormon analoqunun…
-

Uyğunluq axtaran beyin və ya absurdluq niyə gülməlidir?
Şəkildə gördüyünüz kostyumlu, siqaretli və uşaq velosipedi sürən inək əslində beynimizin maraqlı bir xüsusiyyətindən istifadə edir. İnsan beyni ətraf aləmdə daim məntiq və qanunauyğunluq axtarır. İnək görəndə otlaq, velosiped görəndə insan gözləyirik. Bu gözləntilər qəfil pozulduqda isə beyində “uyğunsuzluq effekti” yaranır. Psixoloqlar hesab edirlər ki, yumorun ən vacib mənbələrindən biri məhz bu uyğunsuzluqdur. Beyin bir…
-

Yeddi ata qanunu və ya qazaxların sağlam genetikasının səbəbi nədir?
Qazax xalqının ən maraqlı qədim adətlərindən biri “Yeddi ata qanunu”dur. Bu ənənəyə görə, ata xətti üzrə yeddi nəsil ərzində qohum olan şəxslərin evlənməsi qadağan edilirdi. Hər bir qazax öz şəcərəsini ən azı yeddi nəslə qədər bilməli idi və bu məlumat ailədən ailəyə ötürülürdü. Yaxın qohum evlilikləri resessiv genetik xəstəliklərin ortaya çıxma riskini artırır. Genetik müxtəlifliyin…
-

Sputnik 1, Doppler effekti və ya GPS necə kəşf olundu?
Bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən GPS-in ABŞ hərbçiləri Sovet İttifaqı tərəfindən buraxılmış ilk süni peyk Sputnik 1-i müşahidə edərkən kəşf olunduğunu bilirsiniz? Sputnikin göndərdiyi radio dalğalarını dinləyərkən onların tezliyinin peykin hərəkətinə görə Doppler effektinə uyğun dəyişdiyini müşahidə edən mütəxəssislər peykin yerini bildikləri üçün bundan istifadə edərək müşahidəçinin də koordinatlarını təyin edə biləcəklərini düşündülər…
-

Texnologiyanın təməli və ya niyə bu günkü inkişafı ipin kəşfinə borcluyuq?
İnsanlıq tarixinin ən gözardı edilən ixtiralarından biri məhz ipdir. İlk baxışda sadə görünən bu alət əslində müasir texnologiyanın təməl daşlarından biri hesab olunur. Maraqlıdır ki, alimlər ipin ilk istifadəçiləri arasında Neandertalların da olduğunu düşünürlər. Fransada tapılmış təxminən 50 min illik bükülmüş lif qalıqları Neandertalların bitki liflərini birləşdirərək ip hazırlaya bildiyini göstərir. Bu isə mürəkkəb düşüncə…
-

B12, Qurban bayramınız mübarək və ya insan niyə təbii rasionda heyvani qidalanmadan asılıdır?
İnsan orqanizmi milyon illərlə qarışıq qidalanmaya uyğun təkamül etmişdir. Maraqlıdır ki, bədənimiz üçün həyati vacib olan B12 vitamini nə bitkilər, nə də heyvanlar tərəfindən hazırlanır. Bu vitamin yalnız bakteriyalar tərəfindən sintez olunur. Heyvanlar isə onu öz toxumalarında toplayaraq insanlar üçün əsas mənbəyə çevrilirlər. Sinir sisteminin fəaliyyəti, qan hüceyrələrinin yaranması və DNT sintezi üçün vacib olan…
-

Pikasizm və ya insan niyə kömür, diş pastası və ya çiy ətə tamah salır?
Şəkildə gördükləriniz pikasizm sindromundan əziyyət çəkən bir insanın mədəsindən çıxarılan qeyri qida məhsullarıdır. Dad hissiyyatının təhrifindən qaynaqlanan bu xəstəlik hələ zamanında Hippokrat tərəfindən də təsvir edilmişdir. Müasir tibbi yanaşmalara əsasən dəmir əskikliyi səbəbli qan çatışmazlığının əlamətləri sırasında özünü büruzə verə bilir. Hamilə qadınlar arasında da rast gəlinən qeyri qida məhsullarına qarşı iştahanın artması da, müvəqqəti…
-

C8H10N4O2 və ya qəhvə niyə oyandırır ?
Yuxarıdakı şəkildə kofein verilmiş hörümçək ilə kofein verilməmiş hörümçəyin toxuduqları torların fərqini görürsünüz. Demək olar ki, hər birimiz qəhvə, tünd çay içdiyimiz zaman orqanizmimizdə baş verən dəyişiklikləri müşahidə etmişik. Yuxu qaçırmaq, diqqəti artırmaq, yorğunluğu aradan qaldırmaq üçün müxtəlif içkilərin tərkibində əsrlərdən bəri kütləvi şəkildə istifadə olunan kofeinin 2004-cü ilə qədər dopinq siyahısında yer aldığını bilirdinizmi?…
-

Geomaqnit qasırğası və ya “Günəş sivilizasiyasını necə məhv edəcək?
1859-cu il sentyabrın 1-də qədər Günəşdə baş verən güclü partlamalardan sonra onun səthindən açıq kosmosa atılan yüklü zərrəciklər 18 saat içərisində Yer atmosferinə daxil oldu. Yaranmış geomaqnit qasırğası insanlıq tarixi ərzində qeydə alınan ən güclü geomaqnit qasırğa olaraq tarixə keçdi. Mövcud bütün teleqraf xətlərini sıradan çıxaran bu qasırğa zamanı insanlar Qütb parıltısını aşağı coğrafi enliklərdə…


